İsmayıllıda zəlzələ oldu

19 Fevral 2025, 15:39

İsmayıllı rayonunda 3,6 maqnitudada zəlzələ olub.

Bu barədə Heftelik.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Yerli vaxtla saat 15:11-də qeydə alınan zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib.