Samux rayon ərazisində iki nəfər Kür çayında batıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Kür çayının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Şəmkir rayon sakini 1999-cu il təvəllüdlü M. İsmayılov və Samux rayon sakini 2003-cü il təvəllüdlü İ. Şubliyev Kürdə balıq tutmaq istəyən zaman batıblar.
Onların meytlərinin tapılması üçün axtarışlar davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.