Müştəridən əldə olunmuş məlumatların verifikasiyası Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn sənədlər və MUT Qaydalarının 6-cı hissəsinə uyğun olaraq təqdim edilən digər sənədlər əsasında həyata keçirilir.

Heftelik.az xəbər verir ki, bu, İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydasında əksini tapıb.

İnvestisiya şirkəti tərəfindən əldə edilən sənədlər yoxlanılır, o cümlədən təmsilçilik əsasında investisiya şirkəti ilə müqavilə bağlandıqda, həmin investisiya şirkəti tərəfindən səlahiyyətli şəxsin şəxsiyyəti müəyyən edilir və onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumatların etibarnamədə göstərilmiş məlumatlarla uyğunluğu tutuşdurulur. Sənədlərdə uyğunsuzluqlar olduqda, investisiya şirkəti investisiya xidmətlərinin (əməliyyatlarının) göstərilməsindən imtina edir.