Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fuad Muradov, Ramil Paşşanov və Gülnar Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

F. Muradov 6 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Xatırladaq ki, F.Muradov 2023-cü ilin oktybar ayında saxlanılıb.

Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Ona və digər təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri (Hədə-qorxu ilə tələb etmə) ilə ittiham elan olunub.

Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş qimində tanınıb.

Qeyd edək ki, Fuad Muradov “Qazaxlı Alik” ləqəbi ilə tanınan Qarabağ müharibəsi veteranı Arif Muradovun oğludur.