Transsərhəd KÖÇÜRMƏ

19 Fevral 2025, 01:07

Maliyyə vəsaiti ödəyici tərəfindən göndərilən və benefisiar maliyyə institutu tərəfindən vəsait alana pul formasında ödənilən dəyərdir.

Heftelik.az-ın məlumatına görə, bu, Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydasında əksini tapıb.

Transsərhəd köçürmə müxtəlif dövlətlərə (ərazilərə) mənsub maliyyə institutları arasında aparılan elektron köçürmədir. Transsərhəd köçürmə anlayışı serial, kover və paket ödənişlərinə, habelə elektron köçürmə zəncirində iştirak edən emitent, vasitəçi və ya benefisiar maliyyə institutlarından ən azı birinin fərqli dövlətlərə (ərazilərə) mənsub olduğu hallara da şamil edilir.

Ölkədaxili köçürmə fiziki və hüquqi şəxslər tərəfindən maliyyə institutları vasitəsilə Azərbaycan Respublikası daxilində aparılan elektron köçürmədir. Ölkədaxili köçürmə anlayışına serial, kover və paket ödənişləri də daxildir.