Heç kim Ukraynanı təslim olmağa məcbur edə bilməz, biz mövcud olmaq haqqımızı müdafiə edəcəyik.

Hefteülik.az-ın məlumatına görə,  bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa öz “X” hesabında paylaşımında bildirib.

Andrey Sibiqa qeyd edib ki, Ukrayna müasir Avropa tarixində ən dəhşətli hərbi hücuma və üç illik total müharibəyə dözüb.

“Ukrayna xalqı və onun prezidenti Volodimir Zelenski Putinin təzyiqinə boyun əyməkdən imtina etdi. Heç kim Ukraynanı təslim olmağa məcbur edə bilməz. Biz mövcud olmaq haqqımızı müdafiə edəcəyik”, – XİN rəhbəri yazıb.

Qeyd edək ki, ABŞ prezident Donald Tramp Ukraynanı ABŞ-ın 300 milyar yardımının yarısını israf etməkdə və Zelenskini diktatura yaratmaqda ittiham edib.