Bakıda ayı əti satılır

20 Fevral 2025, 10:52

Bakıda ayı, dovşan, maral ətindən hazırlanan məhsullar satılır.

Heftelik.az-ın ATV-yə istinadən verdiyi məlumata görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları plandankənar yoxlama zamanı paytaxtın Nərimanov rayonundakı mağazaların birində ayı, dovşan, maral ətindən hazırlanmış konservlər aşkarlayıblar.

Mağaza sahibi isə AQTA-nın əməkdaşlarını görüb, dükanı bağlayaraq ərazidən uzaqlaşıb.
Ətraflı süjetdə: