Uçot metoduna uyğun olaraq cari vergi ödəmələri üzrə risklərin müəyyən edilməsi zamanı risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral vergi yoxlamaları aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.
Uçot metoduna uyğun olaraq cari vergi ödəmələri üzrə risklərin müəyyən edilməsi zamanı bu Qaydalarla müəyyən edilən aşağıdakı risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral vergi yoxlamaları aparılır:
– təqdim edilmiş elektron qaimə-fakturaların araşdırılması;
– əldə edilmiş elektron qaimə-fakturaların araşdırılması;
– tərtib edilmiş elektron alış aktların araşdırılması;
– idxal edilmiş malların araşdırılması;
– ixrac edilmiş malların araşdırılması;
– əlavə dəyər vergisi bəyannaməsi üzrə təqdim edilmiş mal, iş və xidmətlərin dəyərinin və daxil olmuş məbləğin araşdırılması;
– bank və digər ödəniş hesabına və ƏDV depozit hesabına mədaxil və məxaric olan məbləğlərin araşdırılması;
– elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatları üzrə məlumatların araşdırılması;
– vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.