Çıxmış hakimin əvəzinə işdə iştirak edən ehtiyatda olan hakim onun göstərdiyi hər hansı məhkəmə hərəkətlərinin təzələnməsini tələb etmək hüququna malikdir.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessul Məcəllədə əksini tapıb.

Çıxmış hakimin əvəzinə işdə iştirak edən ehtiyatda olan hakim məhkəmə hərəkətlərinin təzələnməsini tələb etmədikdə və ya onun tələbi ilə məhkəmə hərəkətləri təkrar olunduqdan sonra məhkəmə baxışı davam etdirilir.