Dövlət rüsumunun tutulması haqqında hesabatın əlavələri məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.

Dövlət rüsumunun tutulması haqqında hesabatın aşağıdakı əlavələri mövcuddur:

–  “Əlavə 1” – Vergi ödəyicisi haqqında ümumi məlumatları və dövlət rüsumunun hesablanması barədə məlumatları özündə əks etdirir;

–  “Əlavə 2” – Vergi ödəyicisi haqqında ümumi məlumatları və lisenziya almış şəxslər barədə məlumatları özündə əks etdirir;

– “Əlavə 3” – Vergi ödəyicisi haqqında ümumi məlumatları və daşınmaz əmlak və torpaq üzrə sahiblik hüququnun dəyişməsi barədə məlumatları özündə əks etdirir;

– “Əlavə 4” – Dövlət rüsumunu tutan şəxs barədə ümumi məlumatları və əmlakın, o cümlədən torpaq sahəsinin icarəyə (kirayəyə, istifadəyə) verilməsi barədə məlumatları özündə əks etdirir.