Əlaqəli və ya analoji vergi ödəyicisinin məlumatları əsasında hesablama zamanı bu Qaydaların 3 nömrəli əlavəsində göstərilən forma üzrə “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə Qərar” avtomatik olaraq hazırlanır və müvafiq strukturun rəisi (rəis müavini) tərəfindən imzalandığı anda qərarda əks olunmuş vergi, cari vergi ödəməsi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və ya icbari tibbi sığorta haqları vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilir.
Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.
İmzalanmış qərar vergi ödəyicisinin elektron kabinetinə və ya kargüzarlıq fəaliyyətini həyata keçirən struktur tərəfindən poçt ünvanına göndərilir.