İşə yeni cəlb edilmiş dövlət ittihamçısına məhkəmədə ittihamın müdafiəsinə hazırlaşması üçün vaxt verilir.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessul Məcəllədə əksini tapıb.

Dövlət ittihamçısı ictimai və ya ictimai-xüsusi ittiham üzrə məhkəmə baxışı zamanı məhkəməyə əvvəlcədən məlumat vermədən məhkəmə iclasına təkrarən üzrlü səbəb olmadan gəlmədikdə və onun həmin məhkəmə iclasında əvəz edilməsi mümkün olmadıqda məhkəmə Azərbaycan Respublikasının Baş prokuroru qarşısında dövlət ittihamçısının intizam məsuliyyətinə cəlb edilməsi haqqında məsələ qaldırmaq hüququna malikdir.