Müvafiq evin sökülməsi və ya başqa məqsədlərlə istifadə edilməsi barədə qərar qəbul edildikdə, müvafiq evin yaşayış sahələri yenidən qurulmaqla və (və ya) yenidən planlaşdırılmaqla evin (binanın) əsaslı təmiri barədə qərar qəbul edildikdə, dəyişdirilmə nəticəsində kommunal mənzilə bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaş köçəcəksə və dəyişdirilmə nəticəsində müvafiq yaşayış sahəsinin sakinlərinin hər birinə düşən ümumi sahəsi uçot normasından, kommunal mənzildə isə ayrılma normasından az olduqda sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahələrinin kirayəçiləri arasında həmin yaşayış sahələrinin dəyişdirilməsinə yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.