Artur Rasi‑zadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Heftelik.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə və dövlət qulluğunda müstəsna xidmətlərinə görə Artur Tahir oğlu Rasi‑zadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.