Gənclər və idman nazirinin səlahiyyətləri artırılıb.
Heftelik.az-ın-ın məlumatına görə, bu, Prezident İlham Əliyev imzaladığı Fərmanla “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.
Nazirin səlahiyyətləri sırasına dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin sərəncamçısı olaraq maliyyə vəsaitini bölüşdürmək, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla nazirlik işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin etmək və nazirliyin fəaliyyət istiqamətləri üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar vəsaitin formalaşdırılması ilə bağlı təkliflər vermək daxil edilib.
Qeyd edək ki, gənclər və idman naziri Fərid Qayıbovdur. Ötən gün Milli Olimpiya Komitəsinin vitse-prezidenti postunu itirən nazir bundan əvvəl gimnastlara fiziki zorakılıq tətbiq etmiş sabiq müavini Mariana Vasileva ilə fotosunu paylaşması ilə diqqət çəkmişdi.