Şahid belə and içir

20 Fevral 2025, 01:26

Şahid ifadə verməmişdən əvvəl məhkəmə iclası katibinin sözlərini onun ardınca təkrar edərək and içir.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessul Məcəllədə əksini tapıb.

Şahid ifadə verməmişdən əvvəl məhkəmə iclası katibinin sözlərini onun ardınca təkrar edərək aşağıdakı məzmunda and içir:

«Həqiqəti və məhkəmədə baxılan cinayət təqibi ilə bağlı mənə məlum olan bütün halları məhkəməyə söyləyəcəyimə and içirəm». And içmə barədə məhkəmə iclasının protokolunda qeydiyyat aparılır. 16 (on altı) yaşına çatmamış şahid bunun əvəzinə yalnız həqiqəti danışacağına və heç nəyi gizlətməyəcəyinə şifahi vəd verir və bu barədə məhkəmənin iclas protokolunda müvafiq qeydiyyat aparılır.