Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi Vergi Məcəlləsinin 150.1.12-ci və 220.12-ci maddələrinə əsasən hüquqi şəxslərə və fərdi sahibkarlara bank və digər ödəniş hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli ödəniş xidməti təchizatçıları və ya xarici ödəniş xidməti təchizatçısının Azərbaycan Respublikasındakı filialı tərəfindən tərtib edilərək hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanlarına təqdim edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.