Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan hansı hallarda imtina edildiyi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.

Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir:

–  bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla);

–  müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə;

–  bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə.

Uçota alınmaqdan imtina haqqında qərar mütləq əsaslandırılmalıdır.