Almaniyanın xarici işlər naziri Annalena Berbok ABŞ Prezidenti Donald Trampı Vaşinqtonla əlaqələri kəsməklə hədələyib.
Heftelik.az-ın məlumatına görə, Almaiya XİN başçısının bu reaksiyası Donald Trampın ukraynalı həmkarı Vladimir Zelenski və Ukrayna-Rusiya münaqişəsi ilə bağlı açıqlamaları fonunda gəlib.
Annalena Berbok deyib ki, amerikalılara təzyiqi artıracaqlar ki, onlar Avropanın liberal demokratiyasını dəstəkləməyi dayandıracaqları təqdirdə itirəcəkləri çox şeyin olduğunu başa düşsünlər.
Qeyd edək ki, bundan əvvəl Annalena Berbok Donald Trampı Vladimir Zelenskiyə hücumuna görə tənqid edərək, açıqlamalarının absurd olduğunu deyib, Yrampı yalnız “tvit” yazmaqda və real dünyanı görməyə çətinlik çəkməkdə ittiham edib.