Beynəlxalq təşkilatın qiymətli kağızlarının emissiyasının dayandırılması proseduru müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”nda əksini tapıb.
Beynəlxalq təşkilatın qiymətli kağızlarının buraxılışı dövlət qeydiyyatına alındıqdan sonra beynəlxalq təşkilat tərəfindən buraxılış şərtlərində əks olunan məlumatların, habelə bu Qaydanın tələblərinin pozulması faktı Mərkəzi Bank tərəfindən aşkar edildikdə, Mərkəzi Bank beynəlxalq təşkilatın adı, qiymətli kağızının qeydiyyat nömrəsi və tarixi, qərarın tarixi və əsasları göstərilməklə aşağıdakı qərarlardan birini qəbul edir:
– pozuntuların Mərkəzi Bank tərəfindən müəyyən edilən müddət ərzində aradan qaldırması barədə;
– yol verilmiş pozuntuların aradan qaldırılması emissiyanı dayandırmadan mümkün olmadıqda, həmin beynəlxalq təşkilatın qiymətli kağızlarının emissiyasının dayandırılması və pozuntuların Mərkəzi Bank tərəfindən müəyyən edilən müddət ərzində aradan qaldırılması barədə.
Göstərilən qərarların qəbul edilməsi tarixindən etibarən 1 (bir) iş günü ərzində Mərkəzi Bank həmin qərarı beynəlxalq təşkilata, beynəlxalq təşkilatın qiymətli kağızlarının təklifini və yerləşdirilməsini həyata keçirən şəxslərə təqdim edir