Kameral yoxlamaların keçirilməsi zamanı vergi orqanı əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən edilmiş tələblərə və müddətlərə tam olaraq riayət edilməli, vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının fəaliyyətində kənarlaşma aşkar edildikdə qanun pozuntusuna yol verilməsinə tam əmin olmadan, ehtimallara əsasən hesablama aparılmamalı, yoxlama zamanı sual doğuran məqamlar müəyyən edildikdə əlavə araşdırmalar aparılmalı, bütün hesablamalar düzgün və dəqiq olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.

Qaydaların tələblərinin pozulmasına görə vergi orqanlarının vəzifəli şəxsləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada intizam məsuliyyəti daşıyırlar.