Əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş vergi bəyannamələri ilə (hesablanmış amortizasiya məbləği üzrə çıxılmalar nəzərə alınmaqla) yoxlanılan bəyannamənin göstəricilərinin müqayisəsi, vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar Əməliyyat şirkəti tərəfindən çəkilmiş xərclərin Sazişdə iştirak paylarına uyğun olaraq Podratçı tərəflərə ötürülməsinin düzgünlüyünün araşdırılması və təshih edilmiş mənfəət vergisi məbləğinin müvafiq Sazişlərin vergi dərəcələrinə uyğun olaraq hesablanmasının düzgünlüyünün yoxlanılması nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral vergi yoxlamaları aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.