İkinci əldən kirayəçi yaşayış sahəsindən müstəqil istifadə etmək hüququnu əldə etmir.

Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.

Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən kirayəyə verən qarşısında məsuliyyəti kirayəçi daşıyır. Ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaş yaşayış sahəsində yaşadıqda və ya yaşayış sahəsinə köçdükdə, habelə qanunla nəzərdə tutulan digər hallarda yaşayış sahəsinin ikinci əldən kirayəyə verilməsi qadağandır.