İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədinin müəyyənləşəcəyi partiyadaxili seçkiyə qatılmaq üçün vəkili vasitəsi ilə müraciət edib.

Heftelik.az-ın xəbərinə görə, Əkrəm İmamoğlunun vəkili Mehmet Pehlivan müraciəti CHP sədrinin müavini Meryem Gül Çiftci və baş katib Selin Sayek Bökeyə təqdim edib.

Qeyd edək ki, CHP-nin prezidentliyə namizədinin müəyyənləşəcəyi seçkiyə qatılmaq üçün partiyanın ən azı 20 deputatının imzası tələb olunur. Mehmet Pehlivan Əkrəm İmamoğluna dəstək verən deputatların sayını açıqlamayıb, bu barədə partiyanın açıqlama verə biləcəyini söyləyib.