Məhkəmə iclasında sədrlik edən şahidin təqsirləndirilən şəxsə, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsə və onun nümayəndəsinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və icraatda iştirak edən digər şəxslərə münasibətini aydınlaşdırır və baxılan ittihamla əlaqədar məlum olanlar barədə ifadə verməyi təklif edir.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessul Məcəllədə əksini tapıb.
Məhkəmə heç kəsə şahidin sərbəst ifadəsini kəsməyə imkan vermir.