Məhkəmə iclasında QAYDA

21 Fevral 2025, 01:15

Məhkəmə iclasında qaydanın təmin edilməsinə aydınlıq gətirilib.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessul Məcəllədə əksini tapıb.

Məhkəmə baxışı zamanı məhkəmənin iclas zalına daxil olmasından əvvəl icra məmuru elan edir:

«Məhkəmə gəlir». Bundan dərhal sonra məhkəmə iclasında iştirak edən bütün şəxslər ayağa qalxmalıdırlar və yalnız məhkəmə öz yerini tutduqdan sonra onlar öz yerlərini tuta bilərlər.