Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisi və onunla birlikdə yaşayan ailə üzvləri qarşılıqlı razılaşma əsasında kirayəyə verəni qabaqcadan xəbərdar etməklə sosial kirayə müqaviləsi üzrə yaşadıqları yaşayış sahəsində müvəqqəti sakinlər qismində (müvəqqəti sakinlər) digər vətəndaşların yaşamasına icazə verə bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.