Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsinin bölmələri məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.
Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə aşağıdakı bölmələrdən ibarətdir:
– “Vergi ödəyicisi haqqında ümumi məlumat” bölməsində VÖEN-i, Vergi ödəyicisinin tam adı, telefon nömrəsi (stasionar, mobil), əsas fəaliyyət növünün kodu, təqdim olunmuş əlavələrin sayı, bəyannamənin növü, vergi dövrü, vergi orqanı, vergi dövrü barədə məlumatlar əks olunur;
– “Verginin hesablanması” bölməsində hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən nağd qaydada bank və digər ödəniş hesablarından çıxarılan pul vəsaitlərinin məbləği və hesablanmış vergilər əks olunur;
– Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsinin əlavəsi vergi ödəyicisi haqqında ümumi məlumat və bank və digər ödəniş hesablarından nağd qaydada çıxarılmış pul vəsaitlərinin məbləği barədə məlumat bölmələrindən ibarətdir.