İraq Respublikasının Telafər şəhərində Avrasiya Regional Mərkəzi İslam Əməkdaşlıq Gənclər Forumu tərəfindən “Azərbaycan dövlətçiliyi tarixində İraq türkmənlərinin rolu” adlı beynəlxalq konfransı keçirilir.

Heftelik.az-ın məlumatına görə, 19 fevralda başlayan və 25 fevral tarixinədək davam edəcək beynəlxalq konfransda Tarix və Etnologiya İnsitutunun Azərbaycanın XV-XVIII əsrlər tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Tofiq Nəcəfli də konfransa dəvət olunub.

O, “XIII-XVI əsrlərdə Azərbaycan sülalə dövlətləri və İraq türkmanları” adlı məruzə ilə iştirak edəcək.