Əlcəzair Xalq Demokratik Respublikasının Əl-Cəzair şəhərində 18 – 21 fevral 2025- ci il tarixlərində Bakı şəhər İcra Hakimiyyəti və AMEA Tarix və Etnologiya İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” (27 sentyabr – 10 noyabr 2020- ci il) kitabının ərəb dilində təqdimatı keçirilir.
Heftelik.az-ın məlumatlına görə, tədbirdə Tarix və Etnologiya İnstitutunu Azərbaycanın VII-XIV əsrlər tarixi şöbəsinin müdiri, akademik Nərgiz Axundova təmsil edir.
Qeyd edək ki, Azərbaycan tarixinin şanlı səhifələrindən olan 44 günlük Vətən müharibəsinə həsr olunan kitabda qələbənin Zəfər salnaməsi ətraflı əks olunmuşdur. Kitabın layihə rəhbəri Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, elmi redaktoru AMEA Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru, professor Kərim Şükürovdur.
Kitab 10-a yaxın dilə (rus,ingilis, türk,çin, italian, ərəb və s.) tərcumə olunaraq çap olunub.