İşğaldan azad edilmiş ərazilərdə mina partlayışı nəticəsində xəsarət alan Nağı İmanovun sağ ayağı topuq hissəsindən amputasiya olunub.
Heftelik.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə xəstəxanadan bildirilib.
Nağı İmanovun həyatı üçün təhlükə yoxdur.
***
saat 21.07
İşğaldan azad edilmiş Xocalı rayonunun Ulubaba kəndi ərazisində 2025-ci il 21 fevral tarixində mina hadisəsi baş verib.
Heftelik.az-ın xəbərinə görə, bu barədə İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
Qeyd edilib ki, Ağdam rayon sakini 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.
Hadisə nəticəsində İmanov Nağı ayağından xəsarət alıb.
Faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.
**
saat 20.39
Minaya düşən şəxs təcili tibbi yardım heyyəti tərəfindən partlayış baş verən ərazidən götürülüb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hazırda o, Bərdə Diaqnostika Mərkəzinə aparılır.
Qeyd edək ki, əslən Ağdərə rayon Sırxavənd kəndindən olan N. İmanov silahlı qüvvələrin ehtiyata buraxılmış giziridir.
Bundan başqa Qarabağ müharibəsinin ilk illərində ermənilər onun atasını və qardaşını faciəvi şəkildə qətlə yetiriblər.
***
saat 19.23
]Xocalı rayonunda mina hadisəsi baş verib.
Heftelik.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə Xocalı rayonu ərzisində qeydə alınıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım heyəti cəlb edilib.