Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçiləri arasında həmin yaşayış sahələrinin dəyişdirilməsi müvafiq kirayəyə verənlərin razılığı ilə göstərilən kirayəçilər arasında bağlanılan yaşayış sahələrinin dəyişdirilməsi haqqında müqavilə əsasında həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.

Yaşayış sahəsinin dəyişdirilməsi haqqında müqavilə müvafiq kirayəçilərin imzaladığı bir yazılı sənədin tərtibi yolu ilə bağlanılır.