Qeyri-sabit hava şəraiti fonunda paytaxt Bakıda bir neçə qəza baş verib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Heftelik.az-a verilən məlumata görə, Nəsimi rayonu, Hüseynbala Əliyev və Hüseyn Seyidzadə küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində işıqfor yararsız vəziyyətə düşüb.

Digər bir qəza Ceyhun Hacıbəyli ilə A.Bakıxanov küçələrinin kəsişməsində qeydə alınıb.

Bu qəzada isə işıqforun idarəetmə qutusu sıradan çıxıb.

 

B