Naxçıvanda daha iki yüksək vəzifəli şəxs postunu itirib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Ramin Abasət oğlu İsmayılov Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi, Bəhruz Əli oğlu Əsgərov “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifələrindən azad olunub.

Bu barədə Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq sərəncamlar imzalayıb.