Samuxda oğulun atasınına balta ilə xəsarət yetirməsi ilə bağlı rayon Polis Şöbəsində araşdırma başlanıb.

Heftelik.az-ın xəbərinə görə, bunu  DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

 

Qeyd olunub ki, müvafiq ekspertiza təyin edilib, ekspertizanın rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək.

Xəsarət alan Asif Zeynov bildirib ki, oğlu onu gecə yatan zaman baltalayıb. Oğlunun psixiatriya xəstəxanasında qeydiyyatda olduğunu bildirən ata onun 5 aydır xəstəxanadan buraxıldığını deyib: “Gecə saat birdə başıma zərbə dəydi. Gördüm ki, oğlumdur vuran. Özüm də bilmirəm nəyə görə vurdu məni. İndiyə kimi nə istəyibsə, eləmişəm. Həmişə pul istəyirdi, verirdim. Bu dəfə pul istəmədi”.

Gəncə Regional Psixatriya Xəstəxanasındanildirilib ki, 1978-ci il təvəllüdlü Şahnur Zeynalov 2020-ci ildən xəstəxanada qeydiyyatdadır. O, fevralın 21-də gecə saatlarında yenidən Psixatriya Xəstəxanasına yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

***

saat 10.45

Samuxda oğul atasına balta ilə xəsarət yetirib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  hadisə rayonun İnstitut qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 1978-ci il təvəllüdlü Ş.Zeynalov yaşadığı evdə atası 1941-ci il təvəllüldü A. Zeynalovun müxtəlif nahiyələrinə balta ilə xəsarətlər yetirib.

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Ş. Zeynalovun ruhi xəstə kimi qeydiyyatda olduğu, hadisədən sonra Gəncə şəhər Psixiatriya Xəstəxanasına yerləşdirildiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.