Xəbər verdiyimiz kimi, gənc şair Həsən Kür intihara cəhd edib.
Heftelik.az-ın məlumtına görə, TƏBİB-dən bildirilib ki, hazırda onun vəziyyəti ağırdır.
Qeyd edilib ki, 22 fevral saat 19:10 radələrində 1996-cı il təvəllüdlü (kişi cinsli) şəxs müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır.
Qeyd edək ki, hadisə fevralın 22-də Sabunçu rayonunda yerləşən “Sevinc Mall” ticarət mərkəzində qeydə alınıb. şair Həsən Kür özünü ticarət mərkəzinin 3-cü mərtəbəsindən atıb. Gənc şair ağır vəziyyətdə Sabunçu xəstəxanasına çatdırılıb. O, reanimasiyaya yerləşdirilib.
İlkin məlumata görə, Həsən Kür maddi problemlərə görə özünü öldürmək istəyib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.