Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar müxtəlif ərazilərdə avtobusların hərəkətində ciddi çətinliklər yaranıb.

Yerüstü Nəqliyyat Agentliyindən Heftelik.az-a verilən məlumata görə,  bununla əlaqədar olaraq, şəhərdaxili marşrutlar üzrə avtobuslar 21:00-dək fəaliyyət göstərəcək.

Sərnişinlərdən mənzil başına çatmaq üçün qeyd olunan vaxtadək ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur.