Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) bu gün Ankarada keçirilən 8-ci növbədənkənar qurultayında partiyanın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, partiya vəzifə bölgüsü müəyyənləşib və İdarə Heyətində aşağıdakı şəxslər yer alıb:
– partiya sədrinin müavinləri Efkan Ala və Mustafa Elitaş, baş katib Eyüp Kadir İnal, partiyanın sözçüsü Ömer Çelik, siyasi işlər üzrə şöbənin müdiri Hayati Yazıcı, təşkilati məsələlər üzrə şöbənin müdiri Ahmet Büyükgümüş, seçki məsələləri üzrə şöbənin müdiri Ali İhsan Yavuz, piar və media məsələləri üzrə şöbənin müdiri Muhammed Faruk Acar, xarici siyasət məsələləri üzrə şöbənin müdiri Zafer Sarıkaya, Türk dövlətləri ilə əlaqələr üzrə şöbənin müdiri Kürşad Zorlu, sosial siyasətlər üzrə şöbənin müdiri Fatma Betül Sayan, yerli idarəetmə orqanları üzrə şöbənin müdiri Mustafa Demir, vətəndaş cəmiyyəti təşkilatları üzrə şöbənin müdiri Belgin Uygur, insan haqları üzrə şöbənin müdiri Hasan Basri Yalçın, maliyyə məsələləri üzrə şöbənin müdiri Ahmet Baha Öğütken, ətraf mühit məsələləri üzrə şöbənin müdiri Sevilay Tuncel, elm və texnologiya məsələləri üzrə şöbənin müdiri Ömer İleri, araşdırma və tədqiqat məsələləri üzrə şöbənin müdiri Mustafa Şen, mədəniyyət və sənət məsələləri üzrə şöbənin müdiri Hüseyin Yayman, səhiyyə məsələləri üzrə şöbənin müdiri Halit Yerebakan və iqtisadi məsələlər üzrə şöbənin müdiri Nihat Zeybekçi.
Qeyd edək ki, Türk dövlətləri ilə əlaqələr üzrə şöbənin müdiri vəzifəsinə gətirilən və partiyanın ali orqanında yer alan Kürşad Zorlu İYİ Partiyanın sabiq sözçüsü, İYİ Partiyanın sabiq sədri Meral Akçenerə ən yaxın şəxslərdən biri olub.