“Land Rover” aşdı, yandı

23 Fevral 2025, 10:35

Ağsu dolaylarında minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Heftelik.az-a verilən məlumata  görə, Ağsu rayonunda “Land Rover” markalı minik avtomobili dərəyə aşıb.

Zaqatala rayon Aşağıtala kənd sakini 1996-cı il təvəllüdlü Əmrah Ramazan Valeh oğluna məxsus  avtomobil daha sonra isə alışaraq tamamilə yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəsarət alan olmayıb.