Özünü ticarət mərkəzində üçüncü mərtəbədən atan  şair Həsən Kürün hazırki vəziyyəti açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, Sabunçu xəstəxanasının mətuat xidmətindən bildirilib ki, xəstənin vəziyyəti hazırda ağır stabildir.

Qeyd edək ki, ona qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə zəruri tibbi yardımlar göstərilib.
Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir.

Qeyd edək ki, hadisə fevralın 22-də Sabunçu rayonunda yerləşən “Sevinc Mall” ticarət mərkəzində qeydə alınıb. şair Həsən Kür  özünü ticarət mərkəzinin 3-cü mərtəbəsindən atıb. Gənc şair ağır vəziyyətdə Sabunçu xəstəxanasına çatdırılıb. O, reanimasiyaya yerləşdirilib.

İlkin məlumata görə, Həsən Kür maddi problemlərə görə özünü öldürmək istəyib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.