Sabah qarlı hava şəraiti ilə əlaqədar Xəzər Universiteti, Türkiyə-Azərbaycan Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Pedaqoji Universiteti və Baki Slavyan Universitetində də dərslər onlayn keçiriləcəcək.
Heftelik.az-ın məlumatına görə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumatı təsdiqləyib.
***
saat 20.30
Azərbaycanda qarlı havaya görə universitetlər onlayn dərsə keçir.
Heftelik.az-ın məlumatına görə, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Texniki Universiteti sabah bütün dərslərin onlayn formatda keçiriləcəyini açıqlayıb.