Polşanın “Radomyak” komandası Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun transferini açıqlayıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə klubun mətbuat xidməti məlumat yaylb.

25 yaşlı forvardla müddəti sonradan uzatmaq şərti ilə 2025-ci ilin iyununa qədər müqavilə imzalanıb.

Qeyd edək ki, “Radomyak”da Azərbaycan yığmasının müdafiəçisi Rahil Məmmədov da çıxış edir.