Son dövrdə iribuynuzlu və xırdabuynuzlu heyvanların daha erkən vaxtlarda kəsimə verilməsi müşahidə olunur.

“Heftelik.az” “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, son zamanlar fermerlər heyvanları böyüdüb və daha çox kökəldib satmaq əvəzinə daha az yaşlarında ətliyə vərilməsini və ya özləri tərəfindən kəsilərək satılmasını üstün tuturlar. Bunun səbəbi kimi isə onlar bildiriblər ki, son dövrlərdə heyvanlara baxmaq və onları bəsləmək çox çətinləşib.

İsmayıllı rayonunda yaşayan və maldarlıqla məşğul olan fermerlərin sözlərinə görə, heyvanları böyütmək üçün yem çox bahalaşıb. Bununla yanaşı otlaq yerlərinin də azlıq təşkil etməsi il boyu yem almaq məcburiyyəti yaradır. Bu da bir fermer üçün çox maliyyəyə səbəb olur. Bundan başqa heyvanları bu qədər əziyyətlə böyüdüb, onlara daha çox xərc çəkilməsindən sonra “ətliyə verilməsi” zamanı çox az qiymət fərqi ilə satılması bu qədər çəkilən əziyyətə və sərf olunan əlavə maliyyəyə dəymir.

Buna görə də fermerlər alınan heyvanları ən çox 2-3 il bəsləyib sonra satmağa üstünlük verirlər.

Tovuzlu fermerlərin sözlərinə görə isə, heyvan nə qədər çox qalırsa bir o qədər çox maliyyəyə səbəb olur. Bu onlara alınan yem ilə yanaşı həmçinin, illik müəyyən dərman vasitələrinin də isatifadə olunmasından irəli gəlir. Həmçinin, onların sözlərinə görə, 1-2 yaşlı heyvanı bəsləyən zaman o daha tez çəki alır lakin, zaman keçdikcə heyvan böyüdükcə daha çox yeməyinə baxmayaraq daha az çəki alır. Bu da hazırda fermerlərə heç də sərf etmir.

Məsələ ilə bağlı iqtisadçı Fuad İbrahimov bildirib ki, hazırda heyvanların otarılması ilə bağlı örüş sahələri həddindən artıq azlıq təşkil edir. Bu da heyvandarların işlərini çətinləşdirir. Bununla yanaşı, heyvan üçün çəkilən əlavə xərclər və müəyyən dərman vasitələrinin alınması da bu işlə məşğul olan sahibkarların əlavə xərc çəkməsinə səbəb olur. Onlar da çıxış yolu kimi heyvanları daha erkən vaxtda satıb və ya kəsib əlavə xərclərdən qurtulmuş olurlar.