Sabunçu rayonu ərazisində 22-23 fevral tarixlərində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Həyata keçirilmiş ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibb eksperti və kriminalistin iştirakı ilə hadisə yerlərinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən daxilə qəbul edilməsi qadağan olunan tərkibində 75 və 95 % spirtə malik gigiyenik vasitənin boş şüşələri, qida qalıqları və s. götürülüb, müvafiq ekspertizalar təyin olunmaqla, digər zəruri istintaq hərəkətləri icra edilib.

Hazırda ibtidai istintaq davam etdirilir.

***

saat 11.21

Bakının bir rayonunda 11 nəfər spirtdən zəhərlənərək ölüb.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Son 3 gündə Sabunçu rayonunda 11 nəfər spirtdən zəhərlənərək ölüb.

Onların metil spirtindən zəhərləndiyi ehtimal olunur.

Faktla bağlı müvafiq ekspertizalar təyin edilib.

Ölən şəxslərin adlı siyahısı aşağıdakı kimidir:

1975-ci il təvəllüdlü Məhərrəmov Niyaməddin Bəhram oğlu

1980-ci il təvəllüdlü Həsənov Abbas Mirəsgər oğlu

1981-ci il təvəllüdlü Hacıyev Elçin Nəsib oğlu

1980-ci il təvəllüdlü İlhamiz Rüstəm oğlu Firuddinzadə

1971-ci il təvəllüdlü Şəmmədov Yaşar Əkbər oğlu

1981-ci il təvəllüdlü Rüstəmov Qurban Həmidulla oğlu

1965-ci il təvəllüdlü Fərhadov Elbrus Nuruş oğlu

1984-cü il təvəllüdlü Qudzev Aleksey Valeriyeviç

1969-cu il təvəllüdlü Koleks Oleq Borisoviç

1980-ci il təvəllüdlü Şarop Aleksandr Vladimiroviç

1979-cu il təvəllüdlü Andrey Kasumov

Qeyd edək ki, bir neçə gün əvvəl Sabunçu rayonunda bir yerdə yeyib-içən 4 dost da spirtdən zəhərlənərək ölüb.