Beynəlxalq təşkilat, onun qiymətli kağızlarının təklif və yerləşdirilməsini həyata keçirən şəxslər qərarları aldıqdan sonra müəyyən edilmiş qaydada Mərkəzi Bankın müəyyən etdiyi müddət ərzində bu barədə məlumatı açıqlamalı və Mərkəzi Bankın müəyyən etdiyi müddət ərzində pozuntuları aradan qaldıraraq bu barədə Mərkəzi Banka hesabat verməlidirlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”nda əksini tapıb.

Pozuntuların Mərkəzi Bank tərəfindən müəyyən edilən müddət ərzində aradan qaldırması barədə qərar qəbul edildiyi halda, Mərkəzi Bank hesabatdan yol verilmiş pozuntuların aradan qaldırılmadığını müəyyən etdikdə və ya həmin hesabatı müəyyən olunmuş müddət ərzində almadıqda, hesabatı aldığı və ya almalı olduğu tarixdən 5 (beş) iş günü ərzində əsasları göstərilməklə, bu Qaydanın 8.2.2-ci yarımbəndində nəzərdə tutulan qərarı (yol verilmiş pozuntuların aradan qaldırılması emissiyanı dayandırmadan mümkün olmadıqda, həmin beynəlxalq təşkilatın qiymətli kağızlarının emissiyasının dayandırılması və pozuntuların Mərkəzi Bank tərəfindən müəyyən edilən müddət ərzində aradan qaldırılması barədə) qəbul edir və həmin qərarı mediada açıqlayır.

Yol verilmiş pozuntuların aradan qaldırılması emissiyanı dayandırmadan mümkün olmadıqda, həmin beynəlxalq təşkilatın qiymətli kağızlarının emissiyasının dayandırılması və pozuntuların Mərkəzi Bank tərəfindən müəyyən edilən müddət ərzində aradan qaldırılması barədə qərar qəbul edildiyi halda, Mərkəzi Bank bu Qaydanın 8.4-cü bəndində göstərilən hesabatı aldığı və ya almalı olduğu tarixdən 5 (beş) iş günü ərzində aşağıdakı qərarlardan birini qəbul etməlidir:

– yol verilmiş pozuntuların aradan qaldırıldığı hesabatdan müəyyən edildikdə – emissiyanın davam etdirilməsi barədə;

– yol verilmiş pozuntuların aradan qaldırılmadığı hesabatdan müəyyən edildikdə və ya hesabat müəyyən olunmuş vaxt ərzində təqdim edilmədikdə – emissiyanın baş tutmamış hesab edilməsi barədə.

Göstərilən qərar qəbul edildiyi halda, Mərkəzi Bank bu barədə məlumatı müəyyən edilmiş şəxslərə həmin bənd ilə müəyyən edilmiş qaydada göndərir və açıqlayır. Bu zaman qiymətli kağızların təklifi və yerləşdirilməsi müddəti emissiya dayandırıldığı müddətə uzadılır.