Sümüklərin və oynaqların xəstəlikləri ilə hərbi xidmətə yararlılıq kateqoriyası haqqında qərar, bir qayda olaraq stasionar müayinədən və müalicədən sonra çıxarılır.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.

Bu zaman xəstəliyin residivləşməyə və ya proqressivləşməyə meyilliliyini, sağalmanın davamlılığını və hərbi xidmətin xüsusiyyətlərini nəzərə almaq lazımdır.