Vergi ödəyicisi il ərzində mənfəət və gəlir vergisi üzrə cari vergi ödəmələrinin məbləğini Vergi Məcəlləsinin 151.1 və 151.2-ci maddələri ilə müəyyən edilmiş iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verir.

Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.

Vergi ödəyicisi mənfəət və gəlir vergisi üzrə cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün Vergi Məcəlləsinin 151.2-ci maddəsində nəzərdə tutulan metodu seçdiyi halda, hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən və ya gəlirdən hesablanmış mənfəət və gəlir vergisi üzrə cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir, əks halda, vergi orqanı Vergi Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulan metodu tətbiq edir.