Dövlət rüsumunun tutulması haqqında hesabatlar üzrə risklərin müəyyən edilməsi zamanı AVİS-dən kənar qaydada kameral yoxlamalar aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.
Dövlət rüsumunun tutulması haqqında hesabatlar üzrə risklərin müəyyən edilməsi zamanı bu Qaydalarla müəyyən edilən aşağıdakı risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral yoxlamalar aparılır:
– Hesabat dövrü ərzində dövlət rüsumu üzrə ödənişi olub, dövlət rüsumunun tutulması haqqında hesabatı təqdim etməyən vergi ödəyicilərinin təhlili;
– Dəqiqləşdirilmiş hesabatlar təqdim etməklə hesablanmış dövlət rüsumlarına azalmalar vermiş vergi ödəyiciləri üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi;
– Əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlar ilə yoxlanılan hesabatlar göstəricilərinin müqayisəli təhlili;
– Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.