Alınmış kreditlərin Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış bank və ya digər maliyyə qurumları tərəfindən podratçı tərəfə verilməsinin araşdırılması, alınmış kredit üzrə ödənilmiş faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin “Xarici subpodratçıların ödəmə mənbəyində tutulan vergi” bəyannaməsində vergi məbləğinin tutulmasının araşdırılması və iştirak paylarının satışı nəticəsində əsas vəsaitlərin ötürülməsi zamanı həmin əsas fondlara amortizasiya hesablanmasının bəyannamənin “Amortizasiya hesablanması” əlavəsi ilə düzgünlüyünün yoxlanılması nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral vergi yoxlamaları aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.