Vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) və ya sığorta haqqının əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının vergi orqanında olan məlumatlarından istifadə edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.
Vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) və ya sığorta haqqının əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının vergi orqanında olan məlumatlarından istifadə edilir:
– eyni xüsusiyyətli və ya eynicinsli malların istehsalı;
– eyni xüsusiyyətli və ya eynicinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi;
– fəaliyyət göstərilən ərazi.